Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Sədərək Rayon İcra Hakimiyyətinin iclas zalında rayonun sakinləri ilə görüşüb. Görüşdə həmçinin İcra Hakimiyyətinin başçısının müavini, başçı səlahiyyətlərini icra edən Naim Cahidzadə, nazirliyin məsul əməkdaşları, Gənclər və idman idarəsinin rəisi iştirak ediblər.
Sonra qəbul üçün müraciət etmiş vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər əsasən, ezamiyyə, məşqçilərin fəxri adlarla təltifi, işə qəbul, stadion təmiri, inventarlaşma ilə bağlı olub. Müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Bəzi problemlərin həlli istiqamətində görüləcək işlər gözdən keçirilib, məsləhətləşmələr aparılıb. Digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Qeyd edək ki, vətəndaş qəbulu çərçivəsində Nazirliyin rəhbər və nümayəndə heyətinin növbəti səfəri yanvarın 22-də Şahbuz rayonuna olacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti